Mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş əlamətdar gün hər il müxtəlif devizlər altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır.
Mayın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Ənənələrimizi yaşadanlar” adlı tədbir keçirildi. Tədbirdə Türkiyə və Mərakeş Krallığının ölkəmizdəki səfirləri Cahid Bağçı və Məhəmməd Adil Embarş, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və tanınmış mədəniyyət xadimləri iştirak edirdi. Tədbiri açan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova əlamətdar gün münasibətilə xalçaçıları təbrik etdi. Təqdimatı keçirilən XVIII əsrə aid Qarabağ xalçası haqqında məlumat verən direktor dedi ki, bu xalça təkcə Milli Xalça Muzeyinin deyil, dünya muzeylərinin də yüksək dəyərləndirdiyi sənət əsəridir.
Bildiyiniz kimi, qədim tarixə malik Azərbaycanın zəngin muzey kolleksiyalarının ölkəmizdə, habelə beynəlxalq miqyasda daha geniş auditoriyaya təqdim olunması əsas prioritet məsələlərdən biridir. Bu gün hər bir muzeyin vəzifəsi yerli və xarici qonaqların, o cümlədən turistlərin həm əyani, həm də virtual şəkildə muzey kolleksiyaları üzrə eksponatlar haqqında daha dolğun və ətraflı məlumat almasına imkan yaratmaqdır. Müasir dövrdə insanlar onlayn informasiya mübadiləsinə üstünlük verirlər. Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və nəhəng dünya şirkəti olan “Samsung Electronics”nin birgə əməkdaşlığı nəticəsində Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasını bəzəyən dəyərli sənət nümunələrini özündə əks etdirən “İncəsənət kainatına səyahət” adlı layihə hazırlanıb. Belə ki, mobil telefon vasitəsilə paytaxtımızın füsunkar memarlıq nümunələrindən olan Azərbaycan Milli İncəsənət Muzeyinin binası, ekspozisiyasında sərgilənən rəngarəng rəsm əsərləri, bir-birindən maraqlı xalça, heykəltəraşlıq, keramika, bədii metal və digər sənət nümunələri detallı şəkildə lentə alınaraq bir saatlıq filmdə əks olunub.
Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində İtaliyanın Sartirano yarmarkasından satın alınaraq Vətənə gətirilən xalçaların təqdimatı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illik yubileyinə həsr olunan tədbir keçirildi.
ABŞ-da fəaliyyət göstərən Harvard İncəsənət Muzeylərinin (Harvard Art Museums) veb-saytında rəqəmsal kolleksiyalar bölməsində Qarabağ xalçasının erməni mədəniyyəti kimi təqdim olunması barədə Mədəniyyət Nazirliyinə müraciət daxil olmuşdur.
Azərbaycanın xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasının 10 illiyi münasibətilə tədbir keçirildi
“Qarabağ – mədəniyyətimizin beşiyi”: Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi
“Qarabağ – mədəniyyətimizin beşiyi”: Mir Möhsün Nəvvabın Ev-Muzeyi
“Qarabağ – mədəniyyətimizin beşiyi”: Sarı Aşığın Xatirə Muzeyi