Görkəmli şair, mütəfəkkir, həkim, naşir, pedaqoq Əli bəy Hüseynzadənin (1864-1940) Azərbaycan İstiqlal Muzeyində qorunan irsinin əks olunduğu kitab-albom çapdan çıxıb. Nəşr Milli İrsi Mədəni-Tarixi Araşdırmalar Fondu (MİMTAF)və Azərbaycan İstiqlal Muzeyinin birgə layihəsi əsasında ərsəyə gəlib.
Regionlarda fəaliyyət göstərən muzeylərin daha da təkmilləşdirilməsi, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət kəsb edir.
Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı 4-6 mart 2022-ci il tarixlərində keçirilən “18-ci Karpat Hövzəsi Ənənəvi Tekstil Festivalı”nda qədim tarixə, zəngin ənənələrə malik Azərbaycan dekorativ tətbiqi sənət sahələri olan xalça və bədii tikmə nümunələrinə dair “Azərbaycan xalçaları və tikmələri” adlı məruzə və təqdimatla çıxış etmişdir.