AZƏRBAYCAN MUZEYLƏRİ

close

Fərqli baxış

Rəssam: Fərhad Fərzəliyev
Çoxkanallı audio instalyasiya

Kompozisiya müharibələrin, münaqişələrin keçmiş hadisələrinin reflekslərini və yenidən dərk edilməsini təmsil edir. Rəssamın əlində bu gətirilmiş silah predmeti bir incəsənət əsəri yaratmaq üçün alətlərə çevrilir. Bu güllə parçaları sonradan rekviem yazmaq üçün musiqi alətinə dönüb bütün ölən və yaralananların xatirəsinə həsr olunmuşdur. Döyüş səhnələrini əks etdirən əsərlər və silah əşyalarının incəsənət predmeti olub saxlanıldığı muzeyin daimi ekspozisiya zalında səslənən bu audio instalyasiya muzeyin divarlarının arasında "yaşayan" döyüşçü və döyüşlərin sükunətini pozur və sanki yenidən öz hekayələrini danışırlar.