AZƏRBAYCAN MUZEYLƏRİ

close

Dayanıqlı moda

Multimedia installation
Rəssamlar: Lüdmila Kristeseva (İsveç), Günel Ravilova
Kurator: Könül Rəfiyeva

İki qadın rəssam - Lüdmila Kristeseva (İsveç) və Günel Ravilova (Azərbaycan) iki interpretasiyada moda, toxuculuq və ekologiya məsələlərinə iki fərqli baxış bucağı təklif edir. Bu iki rəssamın multimedia dialoqu onların səsini bir vəhdət şəklində ziyarətçi qarşısında ucaldaraq, qadının formalaşmasında tekstilin roluna dair müxtəlif bədii yanaşmaları müzakirəyə çıxarır. Günel Ravilova isveçli həmkarı L. Kristesevanın əsərləri üzərində əks edilən İntizar adlı video-hekayəsi vasitəsi ilə öz tənhalığını ifadə edərək, geniş kütləyə bədii söhbətə qoşulmaqla gender, şəxsiyyət, eləcə də mədəniyyətlər arasında təmsil olunmaq kimi mövzularda fərdi interpretasiya etmək imkanı verir. Lüdmila Kristeseva Bacılıq əsəri ilə bir çox isveçli dizaynerin moda kolleksiyaları üçün prototip olan yenidən işlənmiş parçaları nümayiş etdirir. Bir vaxtlar insan bədəninə bükülmüş əsərlər məcburən zibil qutusuna atılmışdır. Onları tekstil heykəllər halına gətirərək bərpa edən L. Kristeseva, bir tərəfdən fərdilik, şəxsiyyət və bacılıqla, digər tərəfdən isə dayanıqlılıq və kövrəkliklə əlaqəli məsələləri araşdırır.