AZƏRBAYCAN MUZEYLƏRİ

close

Açıq səma altında canlı konsert

Bakı Kamera Orkestri
Dirijor Azərbaycanın əməkdar artisti Fuad İbrahimov
Canlı musiqili-vizual animasiya “Səttar Bəhlulzadə: müasir baxış”

Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında mövcud olan əvəzolunmaz sənətkarımız Səttar Bəhlulzadənin rəsm əsərlərinin multimedia təqdimatı muzey məkanında açıq səma altında, heykəllərin əhatəsində musiqi alətlərinin sədaları və Bakı Kamera Orkestrinin solistlərinin canlı ifaları ilə sinxronlaşdırılaraq, dahi rəssamın sehrli dünyası ilə melodiyalar təmas yaradaraq total bir instalyasiyaya çevriləcək. Rəssamın ritmik və plastik strukturlu əsərləri və rəng çalarları bu əsərlərin hər birinin özünəməxsus şəkildə “səsləndirilməsinə” fürsət verib izləyicilərə metafizik təcrübə, yeni baxış qazandıracaq. Bir tərəfdən ziyarətcilər və qonaqlar ekskursiya ilə paralel olaraq muzeyin zallarında, daimi ekspozisiyada yerləşən rəssamın əsərləri ilə tanış olarkən, paralel olaraq açıq havada viziual installyasiya ilə rəssamın dahiliyinin çoxşaxəliliyi yeni rəqəmsal aspektdə təzahür edəcək.