“Ümumdünya Turizm Günü”
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən 27 sentyabr 2019 - cu il tarixində Muzey Mərkəzi binasının foyesində gün ərzində “Ümumdünya Turizm Günü” ilə əlaqədar olaraq teatr tarixini əks etdirən video-çarxların nümayişi.
“Narkomaniyaya qarşı mübarizəyə”
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 2019-cu ilin oktyabr ayının ikinci yarısında Azərbaycan Dövlət Dəniz Akademiyasında “Narkomaniyaya qarşı mübarizəyə” həsr olunmuş mühazirə saatı keçirəcəkdir. Həmçinin mühazirə saatında bu dəhşətli bəlanın fəsadlarından bəhs edən video-çarx nümayiş etdiriləcəkdir.
“9 noyabr - Dövlət Bayrağı Günü”
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 2019 - cu ilin birinci ongünlüyündə Azərbaycan Dövlət Dəniz Akademiyasında “9 noyabr - Dövlət Bayrağı Günü” nə həsr olunmuş tədbir keçirəcəkdir. Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələri konsert proqramı ilə çıxış edəcəklər.
Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi çərçivəsində
Görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi çərçivəsində 2019 - cu ilin noyabr ayının ikinci yarısında C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ədibin xatirəsinə həsr olunmuş ekspozisiyanın açılışı.
Azərbaycan muzeylərində inklüziv təhsil proqramının tətbiqi çərçivəsində tədbir
Tədbir sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiya edilməsinə, onların cəmiyyətin digər üzvləri kimi bərabər hüquqlu şəxslər sırasında durmağını dəstəkləyir.
Milli Teatr Gününə həsr olunmuş tədbir
Tədbir Azərbaycan milli peşəkar teatrının yaranma gününə həsr olunur. Tədbirdə teatr ictimaiyyəti iştirak edəcək.
Novruz bayramı ilə bağlı tədbir
Tədbir xalqımızın qədim bayramı Novruza həsr olunur.Novruz adət-ənənələrini yaşatmaq və gənc nəslə çatdırmaq məqsədilə keçirilir.
Beynəlxalq Teatr Gününə həsr olunmuş tədbir
SSRİ Xalq artisti Ələsgər Ələkbərovun anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir
SSRİ Xalq artisti Ələsgər Ələkbərovun 110 illik
Görkəmli dramaturq Sabit Rəhmanın anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir
Tədbirdə dramaturqun həyat və yaradıcılığından söhbət açılacaq. Müəllifi olduğu əsərlərin tamaşalarından foto və video-materiallar nümayiş olunacaq.
Əməkdar artist Ətayə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir
Tədbirdə Ə.Əliyevanın həyat və yaradıcılığından söhbət açılacaq Oynadığı tamaşa və filmlərdən fotolar, video-materiallar nümayiş olunacaq. Tədbirdə aktrisanın ailə üzvləri iştirak edəcək.
Narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” əsas tutaraq keçirilir.
Şuşanın işğalının 28 illiyinə həsr olunmuş tədbir
Tədbir Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı keçiriləcək. Bu işğalın canlı şahidləri tədbirdə iştirak edib xatirələrini danışacaqlar.
Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş tədbir
Tədbir Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunur.
Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir
Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunur
18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir
18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirin ilk günündə muzey sərgi və musiqi proqramı ilə qatılacaq
SSRİ Xalq artisti Ədil İsgəndərovun 110 illik yubileyinə həsr olunmuş tədbir
Tədbirdə SSRİ Xalq artisti Ədil İsgəndərovun həyat və yaradıcılığından söhbət açılacaq, quruluş verdiyi tamaşalardan, çəkildiyi filmlərdən foto və video materiallar nümayiş olunacaq.
28 May – Respublika Gününə həsr olunmuş tədbir
Tədbirdə Demokratik Cümhuriyyətin yaranma tarixindən, fəaliyyətindən, Azərbaycan dövlətinin inkişafından, dünyada miqyasındakı mövqeyindən söz açılacaq.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir
Tədbirdə uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunacaq, uşaq rəqs qrupları çıxış edəcək.
18 Sentyabr – Milli Musiqi Gününə həsr olunmuş tədbir
Tədbirdə musiqi məktəblərinin və kollecinin tələbə və şagirdləri musiqi nömrələri ilə çıxış edəcək
21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir
Tədbirdə Beynəlxalq Sülh Gününün təsi edilməsi tarixi ilə bağlı mühazirə oxunacaq, video-çarx nümayiş etdiriləcək.
“Mədəniyyətimizi tanıyaq” adlı intellektual yarış
Tədbirdə mədəniyyətimizlə bağlı müxtəlif oyun və viktorinalar keşiriləcək. Musiqi nömrələri səslənəcək.
Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 140 illik yubileyi ilə bağlı sərgi
Sərgidə Ə. Əzimzadənin müxtəlif tamaşalara çəkdiyi eskizlər nümayiş olunacaq.
Görkəmli dramaturq Əbdürrəhim Bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə keçiriləcək.
Xalq artisti Möhsün Sənaninin 120 illik yubileyinə həsr olunmuş tədbir
Tədbirdə aktyorun həyat və yaradıcılığından söhbət açılacaq, iştirak etdiyi tamaşalardan, çəkildiyi filmlərdən foto və video materiallar nümayiş olunacaq.
“Söz” ədəbi layihəsi çərçivəsində ədəbi-bədii tədbir
Tədbirdə xalqımızın söz yaddaşından, folklorundan söhbət açılacaq, viktorinalar keçiriləcək.
9 Noyabr – Milli Bayraq və 12 Noyabr – Azərbaycan Konstitusiyası Gününə həsr olunmuş tədbir
Tədbirdə bu siyasi günlərin yaranma tarixindən, əhəmiyyətindən bəhs edən mühazirə oxunacaq.
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi” adlı tədbir
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi” adlı tədbir