Füzuli Tarix-Diyarşünaslıq Muzeyi
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılmışdır. İşğala qədər Мuzeyin 6000-ə yaxın eksponatı vardı. 1993-cü ildə rayonun işğalı ilə əlaqədar muzeyin eksponatlarının çoxu odun- alovun içərisindən xilas edilərək Bakı şəhərində İstiqlal muzeyində yerləşdirilmişdir.Muzey fəaliyyətini uzun zaman İstiqlal muzeyində davam etdirmişdir. Keçirilmiş sərgilərdə fəxri fərmanlar almışdır.Füzuli Tarix-diyarşünaslıq muzeyinin 2006-cı ildə Elçin Əsədovun şəxsi kolleksiyası əsasında Bala Bəhmənli kənd filialı yaradılmışdır. 2014-cü ildə Füzuli rayonunun Horadiz şəhərində yeni muzey binasının tikintisi ilə əlaqədar Füzuli Tarix-Diyarşünaslıq muzeyi Bakı şəhərindən Horadiz şəhərinə köçürülmüşdür.
Müasir formada tikilmiş muzeyin 300 km ekspozisiya zalı var. Burada hər il çoxsaylı tədbirlər keçirilir.Muzeyin Azərbaycan və Fransız dillərində bukletləri hazırlanmışdır.
Rayon ərazisindən tapılmış arxeoloji tapıntılara Sak-Massagetlərə aid möhür və ox ucluqları, Sasanilərə aid gümüş dirhəmlər,daş əmək alətləri, səkkizguşəli möhürlü qılınc,ərəb qrafikalı pul dəfinəsi,əqiq muncuqlar,yaşı 1,8 milyon il olan cənub filinin bud sümüyü və s.misal göstərmək olar.