AZƏRBAYCAN MUZEYLƏRİ

close

Əzim Əzimzadənin Ev-Muzeyi

Reytinq /5

Əzim Əzimzadənin Ev-Muzeyi fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir.

Muzeyin fondunda rəssamın 2117 eksponatı qorunub saxlanılır. Əzim Əzimzadənin Ev-Muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər nümayiş etdirilir:

1. Karikaturalar 2. Portretlər 3. Ornamentlər 4. Mənzərə

 Ə.Əzimzadənin Azərbaycan Milli İncəsənət Muzeyində 232 əsəri, 3 albomu və C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə rəssama aid 499 ədəd eksponat qorunub saxlanılır.

Muzeyi rəssamın çəkdiyi “Füzulinin portreti”, “Cəlaləddin Ruminin portreti”, “Qaçqınlar günü”, “Tut ağacı”, “Nəsiminin edamı”, “Votan”, “Qurban bayramı” və. s. rəsmləri bəzəyir.

2019-cu ildə Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən aparılmış təmir işlərindən sonra açılış mərasimi keçirilmişdir.  

(+994 12) 594-94-73

(II – VII) 10:00 – 18:00

Ünvan

Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 157

Tədbirlər