AZƏRBAYCAN MUZEYLƏRİ

close

Nizami Gəncəvi Muzeyi

Reytinq /5

Nizami Gəncəvinin 840 illiyi münasibətilə 1980-ci ildə 2 seriyalı “Nizami” filminin çəkilişi üçün şəhərin İsmət Qayıbov küçəsi III döngə 10 li ünvanda ev maket kimi tikilmişdir.

1984-cü ildən etibarən Gəncə şəhər Mədəniyyət İdarəsinin Strukturunda həmin ev-maketdə Nizami Gəncəvi Xatirə Ev Muzeyi fəaliyyətə başlamışdır. 2004-cü ilin yanvar ayının 1-dən 2014-cü ilə kimi şəhərin Təbriz küçəsində yerləşən “Qızıl Hacılı” Tarix-Memarlıq abidəsində fəaliyyətini davam etdirmişdir.

2013-cü ildə “Heydər Əliyev Fondu”nun dəstəyi ilə Nizami Gəncəvi Məğbərəsinin ərazisində müasir üslubda 4 mərtəbəli bina inşa edilmişdir. Binada 493 m2 ekspozisiya zalı 12 otaq 100 nəfərlik konfrans zalı və 1 kafe vardır. 2014-cü ilin yanvar ayının 21-dən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncə şəhərinə növbəti səfəri zamanı muzeyin açılış mərasimində iştirak etmişdir.

Nizami Gəncəvi Xatirə ev Muzeyində 542 eksponat var. Bunlardan 418 ekspozisiyada nümayiş etdirilir. Muzeyin ən qədim eksponatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən gətirilmiş orijinal “Xəmsə” əl yazmaları və Qurani Kərimdən nümunələrdir.

(II – VII) 10:00 – 18:00

Ünvan

Gəncə, Nizami Gəncəvi prospekti 9

Tədbirlər