AZƏRBAYCAN MUZEYLƏRİ

close

Milli Azərbaycan Tarixi Muzeyi

Reytinq 5/5

AMEA Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanması, öyrənilməsi, nümayişi, təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni - maarif müəssisəsidir. Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda fəaliyyət göstərir.

Muzeydə qədim zamanlardan başlayaraq bu günədək Azərbaycan tarixini əks etdirən 300 minədək eksponat qorunub saxlanılır.

2004-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir tələblər səviyyəsində bərpa və təmir olundu və bu binada indi H.Z.Tağıyevin ev muzeyi də fəaliyyət göstərir.

(+994 12) 493 36 48, 598 17 46, (+994 12) 598 52 11

(II – VII) 10:00 – 18:00

Ünvan

AZ1005, Azərbaycan Respublikası, Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4

Tədbirlər