Tahir Salahovun Ev-Muzeyi
Tahir Salahovun Ev–Muzeyi 2012-ci ildən fəaliyyətə başlamışdır.
Muzey Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ və Azərbaycan Xalq rəssamı Tahir Teymur oğlu Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılan mədəniyyət, elmi – tədqiqat müəssisəsidir.
Muzeyin ekspozisiyasında rəssamın memorial əşyaları, yaradıcılıq məhsulu olan qrafika və yağlı boya nümunələri, onun ictimai fəaliyyətini əks etdirən foto şəkillər və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunur.