Miniatür Kitab Muzeyi
5600-dən çox miniatür kitabı olan Miniatür Kitab Muzeyi 2002-ci ildə yaradaılmışdır və dünyada yeganə olan bu kitab muzeyindəki kitablar 68 ölkədə çap olunmuşdur.
Muzeyin yaradıcısı olan Zərifə xanım Salahova 35 il müddətində 7500-dən çox miniatür kitab toplayaraq, Naxçıvan və Gəncə şəhərində muzeyin filiallarını yaratmışdır. Muzeyin kolleksiyasına keçmiş MDB dövlətlərində və digər xarici ölkələrdə tanınmışların imzası ilə dini kitab və Amerika rəssamlarının 40 unikal miniatüraları muzeyə hədiyyə olunmuşdur. Muzeyin ekspozisiyasında görkəmli klassiklərimizdən ibarət (Xurşidbanu Natəvan, Nizami Gəncəvi, Nəsimi, Məhəmməd Fizuli, Səməd Vurğun, Mirzə Fətəli Axundov və s.) miniatür kitabların bir hissəsinin kolleksiyası Ginnesin Rekordlar kitabına daxil olmuşdur.