Vaqif Mustafazadənin Ev-Muzeyi
28 iyul 1989-cu ildə Vaqif Mustafazadənin xatirə muzeyi yaradılmışdır. 1994-cü ildə muzey Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusunu almışdır. 1989-1997 illər ərzində V. Mustafazadə muzeyinin müdiri onun anası Zivər Ağasəf qızı Əliyeva olmuşdur. Muzeydə 1214 eksponat qorunub saxlanılır. Bunlar V. Mustafazadəyə aid fotoşəkillər, afişalar, qramvallar, müxtəlif sənədlər, rəsm əsərləri, məişət əşyaları və s. Mənzil muzeyi 3 otaqdan ibarətdir. Ekspozisiyada V.Mustafazadənin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olunur. Hal-hazırda muzeyin müdiri V. Mustafazadənin dayısı qızı Afaq Ağa Rəhim qızı Əliyevadır. Afaq Əliyeva eyni zamanda V. Mustafazadə adına mədəniyyət-xeyriyyə fondunun təşkilatçısı və rəhbəridir.