AZƏRBAYCAN MUZEYLƏRİ

close

Nadir eksponatlar

Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova

Salatın Əsgərova (tam adı: Salatın Əziz qızı Əsgərova; d. 16 dekabr 1961, Bakı, Azərbaycan — ö. 9 yanvar 1991, Laçın, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Salatın Əsgərovaya aid cib Qurani Kərim kitabı bacısı Əsgərova Zümrüd tərəfindən Azərbaycan İstiqlal Muzeyinə təhvil verilmişdir.

Mülki Cavad Tağıyev

2020-ci il 12-16 iyul Tovuz hadisələri zamanı ermənilərin atdığı artileya mərmisi zamanı mülki şəxs Cavad Tağıyevin evinə külli miqdarda ziyan dəymişdir. Muzeyin əməkdaşlarının birbaşa fəaliyyəti nəticəsində evə düşmüş mərmi qalıqları Azərbaycan İstiqlal muzeyinə gətirilmişdir