AZƏRBAYCAN MUZEYLƏRİ

close

"Alman incəsənəti Azərbaycan Milli İncəsənəti Muzeyinin kolleksiyasından” adlı sərgi

4 iyun 2019-cu il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Alman incəsənəti Azərbaycan Milli İncəsənəti Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi keçirilib.

Bu sərgi 2017-ci ildən həyata keçirilən "Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksyasından” coğrafi sərgi silsilənin üçünçüsüdür. İncəsənət əsərlərinin xüsusi bədii formatda təqdim edildiyi coğrafi sərgi silsiləsi sənətsevərlər və sənət biliciləri tərəfindən böyük şövq və yüksək maraqla qarşılanır.