Həyatını məhv etmə!
19 oktyabr 2022-ci ildə Leopold və Mstislav Rostropoviçlərin Ev muzeyində Abdulla Şaiqin Mənzil- muzeyi ilə birlikdə “Həyatını məhv etmə!” adlı tədbir keçirildi.
Tədbirdə BDU və OYU- nun müəlliməsi, “Yaşam” psixologiya və təlim mərkəzinin rəhbəri, psixoloq Könül Cəfərova, “Step” reabilitasiya mərkəzinin rəhbəri, kimyəvi asılılıqlar, narkomaniya, alkoqolizm üzrə mütəxəssis İlqar Xəlilov və reabilitasiya mərkəzinin nümayəndəsi Emin Həmzəyev iştirak etdilər.
Həkimlər və psixoloq şəhərimizin 189-190 № li tam orta məktəbin, M.N.Tusi adına 173№ li tam orta məktəbin, T.İsmayılov adına 6 saylı məktəb-liseyinin, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdləri ilə maarifləndirici söhbətlər apardılar.