AZƏRBAYCAN MUZEYLƏRİ

close

“Həyata sevgi ilə”

22 dekabr 2021-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə” adlı sərgi keçiriləcəkdir.

Sərgidə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin həyat və yaradıcılığının dolğun şəkildə tərənnüm etdirilməsi məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda qorunub saxlanılan rəssamın müəllifi olduğu eksponatlarla yanaşı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarına daxil olan əsərlər nümayiş olunacaqdır.