AZƏRBAYCAN MUZEYLƏRİ

close

“Rəssam və xalça: bu gün və sabah”

21-22 oktyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq “İstiqlal” ordenli Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Azərbaycan Milli Xalça Muzeyində hibrid formatda (canlı və onlayn iştirak) keçiriləcək konfransın açılışı 21 oktyabr olacaq.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq konfransa Azərbaycan, Türkiyə, Yaponiya, Argentina, Ukrayna, Türkmənistan, Rusiya, Latviya, Avstriya, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan 34 mütəxəssis qatılacaq.