AZƏRBAYCAN MUZEYLƏRİ

close

“Nənəmin sandığından yaranmış Fashion Show’’

Azərbaycan Milli Xalça Muzeyi hər zaman parlaq gələcəyimiz olan uşaqları diqqətdə saxlayaraq onlar üçün bir-birindən maraqlı layihələr təqdim edir. Maddi-mənəvi irisimizin öyrədilməsi, eləcə də onlarda bədii-estetik zövq və yaradıcılıq vərdişləri formalaşdırmaq məqsədi ilə “Uşaq muzeyi” şöbəsi bu mövsümdə də “Nənəmin sandığından fashion show” adlı layihəyə yenidən start verir.

Əziz uşaqlar, Azərbaycan milli geyimləri haqqında nəzəri və praktiki biliklərə yiyələnmək, öz əllərinizlə hazırlayacağınız geyimləri üzərinizdə nümayiş etdirmək istəyirsinizsə layihəmizə qoşulmağa tələsin. Nəzərinizə çatdırırıq ki, yerlər məhduddur.

Əlavə məlumat almaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

+994552628184
+994503634355

frontend.event_video