AZƏRBAYCAN MUZEYLƏRİ

close

“Xalça sənəti – mənaların təkamülü”

“Xalça sənəti – mənaların təkamülü” sərgisi 23 sentyabr tarixində Azərbaycan Milli Xalça Muzeyində “Xalça sənəti – mənaların təkamülü” adlı sərginin açılış mərasimi olacaq. Layihə bu ilin yayında Kazan Kremli Muzey-Qoruğunda (Tatarıstan) nümayiş etdirilmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Qeyd edək ki bu, Tatarıstan @kzn_manege Respublikasının paytaxtında Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı ekspozisiya olmuşdur.

Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirəcəkdir. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.
2010-cu ildə YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və CHINGIZ yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin @chingizwearart müəllif əsərlərini birləşdirən məhz bu amildir.

Tədbir haqqında daha ətraflı məlumat almaq üçün bizim Facebook seyfimizi izləyin.

Sərgi ziyarətçilər üçün 24 sentyabr – 17 oktyabr tarixlərində açıqdır.
Sərgi zalı, Azərbaycan Milli Xalça Muzeyi 
+994124972016 | [email protected]