AZƏRBAYCAN MUZEYLƏRİ

close

18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.

18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” dır.

Azərbaycan Milli Xalça Muzeyi koronavirus təhlükəsini nəzərə alaraq, bu il də Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə tədbirlərlə qeyd edəcək.

Belə tədbirlərdən biri mayın 18-də, saat 19:00-da muzeylər arasında ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən keçiriləcək “Nə? Harada? Nə zaman?” intellektual oyunudur. “Zoom” proqramı vasitəsilə, Azərbaycan dilində baş tutacaq oyunda 20 komanda iştirak edəcək və oyun muzeyin rəsmi facebook səhifəsindən canlı olaraq yayımlanacaq. Qeyd edək ki, iştirakçılara ünvanlanacaq sualların mövzusu incəsənət sahəsini əhatə edəcək, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı olacaq.

İntellektual və yaradıcılıq imkanlarını sınamaq istəyən hər kəsi oyuna qatılmağa dəvət edirik. Bunun üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.

https://form.jotform.com/211223719513448

İştirakçı komandaların sayı məhduddur, ona görə də qeydiyyatdan keçən ilk 20 komanda iştirak haqqı qazanacaq, digər komandalar gözləmə siyahısında yer alacaq.