AZƏRBAYCAN MUZEYLƏRİ

close

Milli Xalça Muzeyi balacaları dəvət edir

Azərbaycan Milli Xalça Muzeyi həmişə olduğu kimi balaca dostlarını sevindirməyə davam edir. Belə ki, muzeyin Uşaq şöbəsi tərəfindən hər həftənin IV günü saat 11:00-da kilimarası “Şəngülüm, Şüngülüm, Məngülüm”, 12:00-da “Tıq-tıq xanım”, 14:30-da “Cırtdan”, 15:30-da “Məlikməmmədin nağılı” tamaşaları, saat 16:30-da “Cırtdan” kölgə teatrı göstəriləcək. “Cırtdan” kölgə teatrı surdo tərcümə ilə müşayiət olunacaq.

Muzeydə mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, tamaşaya 10 nəfərdən çox olmayan qruplar buraxılır.

Tamaşaya bilet 3 AZN-dir. Tələsin, yerlər məhduddur.