AZƏRBAYCAN MUZEYLƏRİ

close

Hörmətli tamaşaçılar!

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Belə ki, yoluxma hallarının qarşısının alınması məqsədilə 2020-ci ilin martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul olunmuşdur.

Eyni zamanda, sosial təcrid tədbirləri çərçivəsində, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərin 2020-ci ilin aprel ayının 18-dək tamaşaçılar üçün bağlanılması və bu müddət ərzində planlaşdırılan bütün mədəni-kütləvi tədbirlərin təxirə salınması zərurəti yaranmışdır. 

Nəzər almağınızı xahiş edirik.