Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci ildə imzaladığı Sərəncama əsasən 2021-ci ilin “Nizami İli” elan edilməsi və dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi şairin həyat və yaradıcılığının əks olunduğu sənət nümunələrinin ən yaxşı hekayəsi ilə bağlı müsabiqə elan edir.
Sənətkarlar bütün tarixi dövrlərdə öz yaratdıqları sənət əsərlərinin üzərində Nizami Gəncəvinin poemalarından misralar və ya süjetlər həkk etmişlər. Məhz bu səbəbdəndir ki, ölkəmizdə, o cümlədən dünya muzeylərində Nizami Gəncəvi yaradıcılığını, xüsusilə “Xəmsə” motivlərini əks etdirən nadir eksponatlar qorunur.
Müsabiqənin təşkilində əsas məqsəd daim insanları əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan və maarifləndirici xüsusiyyətləri özündə əks etdirən Nizami Gəncəvinin yaradıcılığını, o cümlədən “Xəmsə” motivli nadir eksponatların təbliği, muzey sahəsində cəmiyyətin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılması və yeni fikirlərin toplamasından ibarətdir.
Müsabiqədə 14 eksponat təqdim edilir. İştirakçı eksponatlardan birini seçərək ona həsr olunmuş yeni hekayə yazmalıdır. Təqdim olunan eksponatlar arasında seçim etmək sərbəstdir.
Müsabiqə şərtləri