AZƏRBAYCAN MUZEYLƏRİ

close

"Muzey eksponatının hekayəsini sən danış" adlı müsabiqə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan mədəniyyətini, xalça və xalçaçılıq, təsviri və dekorativ sənət nümunələrinin ən yaxşı hekayəsi ilə bağlı müsabiqə elan edir.

Müsabiqənin təşkilində əsas məqsəd ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar ev şəraitində asudə vaxtın səmərəli və faydalı təşkil edilməsi, muzey sahəsində cəmiyyətin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılması və yeni fikirlərin toplamasından ibarətdir.

Qeyd edilən müsabiqədə Bakı şəhərinin aparıcı muzeylərinin fondunda qorunub saxlanılan 14 eksponat təqdim edilir.

İştirakçı eksponatın birini seçərək ona həsr olunmuş yeni hekayə yazmalıdır.

Müsabiqənin qalibi Kindle (elektron kitab) qazanacaq və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin diplomu ilə təltif ediləcəkdir.

Eyni zamanda ilk 10-ğa daxil olan şəxslər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin diplomu ilə təltif ediləcəklər.

Hər kəsə uğurlar!

#museumaz #evdəqal #museumfromhome

 

Müsabiqə şərtləri

“İlin fəsilləri” xalçası

Azərbaycan. XIX əsrin II yarısı Xov, arğac: yun, əriş: pambıq, texnikası: simmetrik. 390x270 sm. Azərbaycan Milli İncəsənət Muzeyi.

Mirzə Qədim İrəvani. “Qacar şahzadəsi Məh Tələt xanım”

Azərbaycan. XIX əsrin ortaları Materialı: kağız; texnikası: sulu boya. 32x23,5 sm. Azərbaycan Milli İncəsənət Muzeyi.

Tahir Salahov. “Bəşəriyyət naminə”

1961-ci il Materialı: kətan, texnikası: yağlı boya. Azərbaycan Milli İncəsənət Muzeyi.

Səttar Bəhlulzadə. “Xəzərdə axşam”

1959-cu il Materialı: kətan, texnikası: yağlı boya. Azərbaycan Milli İncəsənət Muzeyi.

Ələkbər Rzaquliyev. “Guləş”

“Köhnə Bakı” silsiləsindən.1965-ci il Material: kağız, texnikası: linoqravyura. Azərbaycan Milli İncəsənət Muzeyi.

Tahir Salahov. “Naməlum əsgər”

1969 Materialı: kətan, texnika: yağlı boya. 160x193 sm. Azərbaycan Milli İncəsənət Muzeyi.

Döyüşçünün zirehli hərb geyimi

Azərbaycan. XVIII əsr. Azərbaycan Milli İncəsənət Muzeyi

Toğrul Nərimanbəyov. “Göyçay bağları”

1965-ci il Materialı: kətan, texnikası: yağlı boya. 150x150 sm. Azərbaycan Milli İncəsənət Muzeyi.

Miniatür “Əyləşmiş musiqiçi oğlan”

Azərbaycan. Naməlum rəssam. XVIII əsr Kağız, tempera 12,5 x 7,3. Azərbaycan Milli İncəsənət Muzeyi.

Bədii kaşı

Azərbaycan. XVIII əsrin sonu-XX əsrin əvvəli Materialı: saxsı, texnikası: qabarıq, şir, naxış. 41x36x2,5 sm. Azərbaycan Milli İncəsənət Muzeyi.

Xalça “Cəyirli”

Şirvan, Azərbaycan. XIX əsrin əvvəli. Əriş, arğac, xov – yun. 122x161 sm. Azərbaycan Milli Xalça Muzeyi.

Baş bəzəyi

Azərbaycan. XIX əsr. Gümüş. Basma qəlib, qavərzə, qızıl suyuna çəkilmiş. H – 28 sm. Azərbaycan Milli Xalça Muzeyi.

Mücrü

Azərbaycan. XX əsr. Gümüş. Mina. 14,5x20 sm. Azərbaycan Milli Xalça Muzeyi.

Toğrul Nərimanbəyov. “Muğam üçlüyü”

Materialı: kətan, texnikası: yağlı boya. Azərbaycan Milli İncəsənət Muzeyi.